Həndbol: “Kür”dən asan qələbə

Qadınlar arasında keçirilən həndbol üzrə 30-cu Azərbaycan çempionatında bu gün 2023/2024 mövsümünün 7-ci turunun növbəti oyunu baş tutub.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “Kür” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər.

“Kür” rəqibi üzərində asan qələbəyə sevinməklə turnir cədvəlinin ikinci pilləsinə şərik olub. Belə ki, hazırda lider “Qarabağ”ın izləyicisi olan “Azəryol”la “Kür”ün 9 xalı var.

Qadınların mübarizəsində daha öncə autsayderlər zonasında qərarlaşmış “Bakı” ilə “Gənclər Birliyi” komandaları üz-üzə gəlmiş və paytaxtın eyniadlı klubu qalib gəlmişdi – 35:25.

7-ci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Həndbol, Azərbaycan çempionatı
7-ci tur
11 yanvar

Kür – İdman Akademiyası 49:16

Xal: “Qarabağ” – 12, “Azəryol”, “Kür” – 9, “İdman Akademiyası” – 6, “Bakı” – 4, “Gənclər Birliyi” – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: