Qadınlar arasına keçirilən həndbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümünün 5-ci turuna bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu qarşılaşmasında “Azəryol” və “Kür” komandaları üz-üzə gəliblər.
Oyun heç-heçə başa çatıb – 30:30.
Xatırladaq ki, turun əvvəlki matçlarında “Qarabağ” “Bakı”nı 41:12, “İdman Akademiyası” isə “Gənclər Birliyi”ni 28:20 hesabı ilə üstələmişdi.
Bu gün kişilər arasında keçirilən Azərbaycan çempionatında da 5-ci turun iki oyunu baş tutub. “Təhsil”lə “Qarabağ” arasındakı oyun ikincilər üçün uğurlu alınıb. “Təhsil” bu görüşdən 22:36 hesablı məğlubiyyətlə ayrılıb. “Bakı” – “Azəryol” matçı daha gərgin keçib. Yekunda “Bakı” 29:31 hesabıyla uduzub.
Kişilərin həndbol çempionatının 5-ci turuna sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” oyunu ilə yekun vurulacaq. “Kür” Olimpiya Tədris İdman Mərkəzində keçiriləcək oyuna saat 14:00-da start veriləcək.


