Həndbol: “Qarabağ” və “Azəryol”dan asan qələbə

Bu gün qadınlar arasında təşkil olunmuş həndbol üzrə 30-cu Azərbaycan çempionatında 2023/2024 mövsümünün 9-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə liderlər qrupunda qərarlaşmış komandalar növbəti qələbələrini qazanıblar.

Belə ki, “Qarabağ” “İdman Akademiyası”nı (40:17), “Azəryol” isə “Bakı”nı (44:10) asanlıqla məğlubiyyətə uğradıblar.

Bu nəticələrdən sonra xallarının sayını 16-ya çatdıran “Qarabağ” liderliyini davam etdirib. Onun ən yaxın izləyicisi olan “Azəryol” isə xal ehtiyatını 15-ə çatdırıb. “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.

Qadınların çempionatında turun son görüşü fevralın 4-də baş tutacaq. Həmin gün “Kür” “Gənclər Birliyi” ilə qarşılaşacaq.

Xatırladaq ki, kişilər arasında ölkə çempionatının 9-cu turunun oyunları fevralın 3-4-də reallaşacaq. Kişilərin çempionatında hesabında 14 xal olan “Kür” turnir cədvəlinə başçılıq edir. “Azəryol” liderdən 4 xal geri qalır. “Bakı” və “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla sonuncudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: