Həndbol: “Qarabağ”dan ardıcıl 6-cı qələbə

Kişilər və qadınlar arasında keçirilən həndbol üzrə 30-cu Azərbaycan çempionatında 2023/2024 mövsümünün 6-cı turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk gündə 3 görüş keçirilib.

“AHF Arena” İdman Kompleksində təşkil olunan qadınların yarışında mərkəzi qarşılaşma “Qarabağ”la “Kür” arasında oynanılıb. Gərgin keçən matçda ən yaxın izləyicisini çətinliklə üstələyən “Qarabağ” yoluna itkisiz davam edib. “İdman Akademiyası” da “Bakı” üzərində çətin qələbəyə sevinib. Qadınların yarışındakı son matç bu gün baş tutub. “Gənclər Birliyi” ilə qarşılaşan “Azəryol” darmadağına sevinib.

Kişilərin liqasında isə ilk gündə “Bakı” “İdman Akademiyası”nı üstələyərək, liderə yaxınlaşıb. Turun qalan oyunları bu gün keçirilib. “Azəryol” “Təhsil”ə, “Qarabağ” isə “Dinamo”ya qalib gəlib.

Beləliklə, 6 turdan sonra qadınların yarışında itkisiz irəliləyən “Qarabağ” 12 xalla vahid liderdir. “Azəryol” komandası 9 xalla ikinci, “Kür” kollektivi isə 7 xalla üçüncüdür.

Kişilərin çempionatında isə 10 xal toplamış “Kür” vahid liderdir. “Bakı” ilə “Qarabağ” isə 8 xalla 2-3-cü yerləri bölüşdürürlər.

Həndbol, Azərbaycan çempionatı
6-cı tur

Qadınlar
“İdman Akademiyası” – “Bakı” 35:22
“Qarabağ” – “Kür” 29:25
“Gənclər Birliyi” – “Azəryol” 5:57

Xal durumu: “Qarabağ” – 12, “Azəryol” – 9. “Kür” – 7, “İdman Akademiyası” – 6, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
“İdman Akademiyası” – “Bakı” 20:37
“Azəryol” – “Təhsil” 39:29
“Qarabağ” – “Dinamo” 48:32

Xal durumu: “Kür” – 10, “Bakı”, “Qarabağ” – 8, “Azəryol” – 6, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: