Qadınlar arasında keçirilən həndbol üzrə 30-cu Azərbaycan çempionatında bu gün 2023/2024 mövsümünün 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, günün yeganə oyununda lider “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gəliblər.
Gərgin keçən qarşılaşma “Azəryol”un 28:27 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, itkisiz irəliləyən “Qarabağ”ın cari mövsümdəki ilk məğlubiyyətidir.
Daha öncə autsayderlər zonasında qərarlaşmış “Bakı” ilə “Gənclər Birliyi” komandaları üz-üzə gəlmiş və paytaxtın eyniadlı klubu qalib gəlmişdi – 35:25. “Kür” isə “İdman Akademiyası” ilə görüşdə asan qələbəyə sevinmişdi – 49:16.
Bu məğlubiyyətə baxmayaraq, “Qarabağ” hazırda 12 xalla liderdir. “Azəryol” 11 xalla ikinci, “Kür” 9 xalla üçüncü, “İdman Akademiyası” 6 xalla dördüncü, “Bakı” 4 xalla beşinci, xalı olmayan “Gənclərbirliyi” altıncı sırada qərarlaşıb.
Həndbol, Azərbaycan çempionatı
7-ci tur
21 yanvar
“Qarabağ” – “Azəryol” 27:28
Xallar: “Qarabağ” – 12. “Azəryol” – 11. “Kür” – 9. “İdman Akademiyası” – 6. “Bakı” – 4. “Gənclər Birliyi” – 0.


