Kişilər arasında keçirilən həndbol üzrə 30-cu Azərbaycan çempionatında bu gün 2023/2024 mövsümünün 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Təhsil” “İdman Akademiyası” ilə qarşılaşıb və çətin qələbəyə sevinib – 30:28. “Kür” isə “Bakı” ilə görüşdən qalib ayrılıb – 26:20.
Xatırladaq ki, bu turun ilk oyunu yanvarın 11-də keçirilmişdi. “Azəryol” “Dinamo” ilə görüşdə 49:24 hesabıyla üstün olmuşdu.
Beləliklə, 7 turdan sonra “Kür” 12 xalla liderdir. “Bakı”, “Qarabağ” və “Azəryol”un hərəyə 8, “Təhsil” və “İdman Akademiyası”nın hərəyə 2 xalı var. Sonuncu sıradakı “Dinamo” isə xalsızdır.
Həndbol, Azərbaycan çempionatı
7-ci tur
13 yanvar
“Təhsil” – “İdman Akademiyası” 30:28
“Kür” – “Bakı” 26:20
Xal: “Kür” – 12, “Bakı”, “Qarabağ”, “Azəryol” – 8, “İdman Akademiyası”, “Təhsil” – 2, “Dinamo” – 0.


