“Hakken” “Kalmar”a məğlub oldu

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” İsveç çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 24-cü tur çərçivəsində səfərdə “Kalmar”la üz-üzə gəlib.

Meydan sahiblərinin 10-cu dəqiqədə vurduğu yeganə qol həlledici olub və “Qarabağ”ın rəqibi turu xalsız başa vurub – 0:1.

“Hakken” bu mövsüm keçirdiyi 24 oyunda 47 xal qazanıb və 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç klubuna qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirəcək. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.

“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.

Xəbəri sosial şəbəkələrdə paylaş: