“Hakken” kubokda darmadağınla mərhələ adladı

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” İsveç kubokunda növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda təsnifat mərhələsi çərçivəsində səfərdə “Yonsereds”lə üz-üzə gəlib.

“Qarabağ”ın rəqibi 4:1 hesablı qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, “Qarabağ”la “Hakken” arasında Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq ilk matç oktyabrın 5-də səfərdə keçirəcək. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.

“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.

Xəbəri sosial şəbəkələrdə paylaş: