“Hakken” – “Qarabağ” matçı 36 manata

Futbol üzrə Avropa Liqasının H qrupunun 2-ci turu çərçivəsində keçiriləcək “Hakken” – “Qarabağ” oyununa bilet satışı davam edir.

Arena.az xəbər verir ki, biletlərin qiyməti sektor və kateqoriyadan asılı olaraq 230-415 İsveç kronu (təxminən 36-64 AZN) arasında dəyişir.

Xatırladaq ki, “Hakken” – “Qarabağ” oyunu oktyabrın 5-də, Göteborqdakı “Ullevi” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Ullevi” stadionu 43 min azarkeş tutumuna malikdir. “Hakken” İsveç çempionatı çərçivəsindəki ev oyunlarını isə 6300 azarkeş tutumuna malik “Bravida Arena”da keçirir.

İsveç klubu Avroliqanın qrup mərhələsinin ilk turunda Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabıyla uduzub. Azərbaycan çempionu isə doğma meydanda Norveçin “Molde” komandasına 1:0 hesabıyla qalib gəlib.

Xəbəri sosial şəbəkələrdə paylaş: