“Hakken” – “Qarabağ” oyunu avstriyalı hakimlərə tapşırıldı

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Hakken” – “Qarabağ” matçının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, oktyabrın 5-də İsveçdəki “Ullevi” stadionunda baş tutacaq matça Avstriyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Sebastyan Qişamer idarə edəcək. Roland Ryedel və Santino Şreyner baş hakimin köməkçiləri olacaqlar. Stefan Ebner dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” matçına saat 23:00-da start veriləcək.

Avropa Liqası
H qrupu, 2-ci tur
5 oktyabr

Baş hakim: Sebastyan Qişamer.
Baş hakimin köməkçiləri: Roland Ryedel, Santino Şreyner.
Dördüncü hakim: Stefan Ebner.
VAR: Kristian-Petru Çioirça.
AVAR: Aleksander Harkam (hamısı Avstriya).
Göteborq. “Ullevi” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: