“Hakken” – “Qarabağ”: Start heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə “Hakken” ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, H qrupunda yer alan İsveç və Azərbaycan çempionlarının bu oyun üçün start heyətləri müəyyənləşib.

Xatırladaq ki, İsveçin Göteborq şəhərindəki “Ullevi” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

“Hakken” Avroliqanın qrup mərhələsinə məğlubiyyətlə başlayıb. Sözügedən komanda səfərdə Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabıyla uduzub. Azərbaycan çempionu isə ilk turda Norveçin “Molde” komandasını Bakıda 1:0 hesabıyla məğlub edib.

Bu gün qrupun digər matçında “Bayer” “Molde”nin qonağı olacaq.

Avropa Liqası
H qrupu, 2-ci tur
5 oktyabr

23:00. “Hakken” – “Qaarabağ”
Baş hakim: Sebastyan Qişamer.
Baş hakimin köməkçiləri: Roland Ryedel, Santino Şreyner.
Dördüncü hakim: Stefan Ebner.
VAR: Kristian-Petru Çioirça.
AVAR: Aleksander Harkam (hamısı Avstriya).
Göteborq. “Ullevi” stadionu.

Hakken: 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko.
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 5. Even Hovland, 8. Abdulrazaq İshaq, 10. Ali Yussef, 15. Kadir Hodziç, 16. Pontus Dabho, 19. Srcan Hrstiç, 22. Tobias Sana, 25. Abdulaye Faye, 27. Romeo Amane, 39. İsak Brusberq.
Baş məşqçi: Per Matias Hoqmo.
Qarabağ: 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzya, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: