“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçin “Hakken” komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Finlandiya təmsilçisi HJK ilə üz-üzə gəlib.
Qarşılaşma İsveç klubunun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 2-ci dəqiqədə hesabı açan isveçlilər digər qolları 68 və 84-cü dəqiqələrdə vurublar. Finlandiya təmsilçisi isə 5 (penaltidən), 21, 60 və 75-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” H qrupunda sonuncu matçını məhz “Hakken”ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda baş tutacaq bu görüşə saat 21:45-də start veriləcək.
Hazırda H qrupunda 15 xala malik Almaniyanın “Bayer” komanda vahid liderdir. “Qarabağ” 7 xalla ikinci, eyni xala malik Norveçin “Molde” kollektivi üçüncü pillədə qərarlaşıb. Xalsız olan İsveç təmsilçisi isə sonuncudur.


