Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” İsveç çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 28-ci tur çərçivəsində evdə “Myallbü” ilə üz-üzə gəlib.
Üç qolun qeydə alındığı oyunda “Qarabağ”ın rəqibi məğlubiyyətə üzülüb – 1:2. Qonaqların heyətində yeganə qolu 80-ci dəqiqədə fərqlənən Srcan Hrstiç vurub.
“Hakken” bu mövsüm keçirdiyi 28 oyunda 54 xal qazanıb və 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç klubuna qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.
“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.


