“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 5-ci turu çərçivəsində “Jirona” üzərində səfər qələbəsini (4:1) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, asan oyun deyildi. Rəqib çox yaxşı fəaliyyət göstərirdi. Amma biz əla başladıq. Fikrimcə, biz bu nəticəyə layiq idik.
Uğurlu silsiləmizmi? Biz çox səylə məşq etmişdik və hər oyuna yaxşı hazırlaşmışdıq. Biz addım-addım irəliləməliyik. Biz yaxşı vəziyyətdəyik və davam etməliyik”, deyə Hansi Flik vurğulayıb.
“Barselona”nın baş məşqçisi bu “Qızıl top”u qazanmağa kimin layiq olduğu ilə bağlı sualı da cavablayıb. Alman mütəxəssis “Jirona” ilə oyun (4:1) ərəfəsində keçirdiyi mətbuat konfransında jurnalistin müvafiq sualına “almansayağı” cavab verib:
“Bu, yaxşı sualdır. Amma bu məsələyə münasibət bildirmək mənim işim deyil. Əla keyfiyyətə malik fantastik futbolçular var, mən isə müvafiq mövzuda açıq danışmaq fikrində deyiləm. Yenə deyirəm, bu, mənim işim deyil”.
Qeyd edək ki, bu il “Barselona”dan “Qızıl top” mükafatına iki namizəd var. Bunlardan biri Lamin Yamal, digər isə Daniel Olmodur.
İspaniya La Liqasında 5 turdan sonra Hansi Flikin “Barselona”sı mütləq nəticə – 9 xalla yarış cədvəlinə başçılıq edir. “Jirona” isə 7 xalla 6-cı pillədə qərarlaşıb.


