Harri Keyni almaq üçün 100 milyonundan keçir – “Bayern”

“Bayern” “Tottenhem”in 29 yaşlı ingilis hücumçusu Harri Keyni transfer etmək üçün növbəti təkliflə çıxış etməyə hazırlaşır.

Arena.az bu barədə jurnalist-insayder Manuel Bonkeyə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Almaniya nəhəngi “mahmızlar”ın rəhbərliyinə 100 milyon avroluq təklif hazırlayır. “Bayern” rəhbərliyi ingilis hücumçu üçün əvvəlki təklifini bir qədər yaxşılaşdırmaq niyyətindədir. Hazırda Münhen rəhbərliyi transferlə bağlı “Tottenhem” təmsilçiləri ilə fəal danışıqlar aparır. Təklifin London klubuna gələn həftə ünvanlanacağı ehtimal edilir. Eyni zamanda “Bayern”in bu təklifdən artığına getməyəcəyi vurğulanır. Klub rəhbərliyinin Keynin transferi məsələsində 100 milyon avroluq məbləğdə məhdudiyyət müəyyən etdiyi məlumdur.

Harri Keyn “Tottenhem”in yetirməsidir və 2011-ci ildən “mahmızlar”ın əsas komandasında çıxış edir.

Geridə qalmış 2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: