Hayden Hakni “Everton”da – Rəsmi

İngiltərənin “Midlsbro” klubunun 24 yaşlı dayaq yarımmüdafiəçisi Hayden Hakni bundan sonra “Everton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə imzalanan müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, transferin dəyəri 19,3 milyon avro təşkil edib.

Hayden Hakni “Midlsbro”nun yetirməsidir. O, 2021/2022-ci illər mövsümündə “Skantorp Yunayted”də icarədə də olub. Hakni “Everton”un əsas komandasının heyətində 154 matçda meydana çıxaraq 16 qol vurub və 17 məhsuldar ötürmə edib.

Hakni İngiltərənin U-15 və U-21 yığmalarında, həmçinin Şotlandiyanın U-21 yığmasında da forma geyinib.

Qeyd edək ki, “Everton” yeni mövsüm öncəsi orta xətti gücləndirmək məqsədilə Haknini əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: