İspaniyanın “Barselona” klubu öz yetirməsi olan sağ cinah müdafiəçisi Hektor Fort ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
17 yaşlı müdafiəçi ilə yeni müqavilə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. Onun əvvəlki sözləşməsinin müddəti bu yay başa çatırdı.
Hektor Fort “Barselona”nın futbol akademiyasının yetirməsidir. İspan futbolçu 2023/2024 mövsümündən əsas komandada çıxış etməyə başlayıb. O, Kataloniya klubunun əsas komandasında indiyə qədər 10 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub.
Daha öncə İspaniyanın U-16 və U-17 yığmalarında oynamış Fort, bu ildən U-19-da forma geyinir.
“Transfermarkt” internet-portalı 17 yaşlı müdafiəçinin transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.



