Herbert Hayner: “Bayern” 1/4 finala çıxacaq”

“Bayern”in prezidenti Herbert Hayner əmindir ki, komandası ÇL-in 1/8 final mərhələsinin cavab oyununda “Latsio”nu məğlub etməyə qadirdir.

Arena.az xatırladır ki, komandalar arasında ilk oyun “qartallar”ın evdə 1:0 hesablı gözlənilməz qələbəsi ilə başa çatmışdı.

“Klub üçün kuboksuz bir mövsüm nə deməkdir? Bu, bizi qətiyyən narahat etmir. Çempionlar Liqasında hələ də hər imkanımız var. “Latsio”ya məğlubiyyətdən sonra da hər şey mümkündür. Üç həftə sonra cavab oyununda vəziyyəti dəyişib 1/4 finala yüksələcəyik. “Alyans Arena”da azarkeşlərimizlə bunu edə bilərik. Bundesliqada hələ 13 oyun var. Biz təslim olmayacağıq. “Bayern” həmişə özünə inanır, son dəqiqəyə qədər inanır”, – “Bayern & Germany” dərgisi Haynerdən sitat gətirir.

Xatırladaq ki, “Bayern” “Latsio”nu martın 5-də “Alyans Arena”da qəbul edəcək. Cütün qalibi 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: