Almaniyanın “Herta” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Sandro Şvarts çalışdıracaq.
Bu barədə Berlin klubunun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı alman mütəxəssislə müqavilə 2024-cü ilin iyunun sonuna kimi qüvvədə olacaq. Onun rəsmi təqdimatı iyunun 20-də baş tutacaq.
“Herta”nın əvvəlki baş məşqçisi Feliks Maqat idi. O, bu klubla mövsümün sonuna kimi müqavilə bağlamışdı. Komanda təcrübəli mütəxəssisin rəhbərliyi Bundesliqanın turnir cədvəlində 16-cı yeri tutub. Elitada qalmaq uğrunda aşağı liqadan gələn “Şalke” ilə pley-off oyunlarına çıxan Berlin təmsilçisi, sonda sevinən tərəf olub və əsas Bundesliqadakı yerini qoruyub.


