Tanınmış fransalı mütəxəssis Herve Renar DÇ-2026-dan sonra baş məşqçisiz qalmış Kot-d’İvuar milli komandasına baş məşqçi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Kot-d’İvuar Futbol Federasiyasının (FIF) mətbuat xidməti məlumat yayıb.
57 yaşlı məşqçi bu vəzifədə iyulun 31-də yerli federasiya ilə müqaviləsinin müddəti başa çatmış Emerse Faeni əvəz edib.
Qeyd edək ki, Herve Renar 2026-cı ildə keçirilən dünya çempionatı zamanı Tunis millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda qrup mərhələsində Yaponiya (0:4) və Niderlanda (1:3) məğlub olub. Tunis qrupda sonuncu – dördüncü yeri tutaraq pley-offa vəsiqə qazana bilməyib. Bundan sonra fransalı mütəxəssis vəzifəsindən ayrılıb.
Renarın Kot-d’İvuar millisində bu, ikinci dönəmi olacaq. O, 2014-2015-ci illərdə də bu komandanın baş məşqçisi olub.
Mütəxəssisin zəngin məşqçilik karyerasında Səudiyyə Ərəbistanı, Mərakeş, Zambiya və Anqola milli komandaları ilə yanaşı, Fransa klubları “Lill” və “Soşo”da çalışmaq da var.


