Azərbaycanın futzal üzrə FİFA referiləri – Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, onlar Nikosiya şəhərində 19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsində Kipr – Almaniya oyununu idarə edəcəklər.
Hikmət Qafarlı birinci, Əli Cəbrayılov ikinci, Knyaz Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.
Kipr – Almaniya oyunu aprelin 15-də baş tutacaq.


