“Hoffenhaym” üçün yeni baş məşqçi

Almaniyanın “Hoffenhaym” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Andre Braytenrayter çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bir neçə gün öncə istefaya göndərilmiş Sebastyan Hönessi əvəz edib.

Andre Braytenrayter geridə qalan mövsümü İsveçrənin “Sürix” komandasında keçirib. O, bu komandanı İsveçrə çempionu edib. Almaniyalı məşqçi daha öncə “Hannover”, “Şalke”, “Paderborn” və “Havelse”yə rəhbərlik edib.

“Hoffenhaym” geridə qalan mövsümü 18 kollektiv arasında 9-cu pillədə başa vurub. 34 oyunda cəmi 12 qələbə qazanan komanda 46 xal toplaya bilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: