Huqo Larsson “Fulhem”də!

Futbol üzrə İsveç millisinin və “Ayntraxt”ın yarımmüdafiəçisi Huqo Larsson bundan sonra “Fulhem”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Fulhem” 22 yaşlı dayaq yarımmüdafiəçisini satın almaq şərti ilə cari mövsümün sonunadək icarəyə götürüb. Larssonun Frankfurt təmsilçisi ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Huqo Larsson “Malmö”nün öz yetirməsidir. O, “Ayntraxt”a 2023-cü ilin yayında “Malmö”dən 9 milyon avro qarşılığında keçib. Yarımümdafiəçi Bundesliqa təmsilçisinin heyətində 119 oyun keçirib, 10 qol vurub, 7 məhsuldar ötürmə verib.

Larsson 2023-cü ildən dəvət aldığı İsveç yığmasının heyətində 12 matça çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: