İbrahim Diakite “Reyms”i İsveçrə klubuna dəyişdi

Fransanın “Reyms” klubunun qvineyalı sağ cinah müdafiəçisi İbrahim Diakite bundan sonra “Lozanna Uşi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İsveçrə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Lozanna Uşi” Diakiteni “Reyms”dən icarə müqaviləsi əsasında heyətinə qatıb. İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

İbrahim Diakite futbola “Reyms”də qədəm qoyub və elə burada da böyük futbolda debüt edib. Ardınca “Reyms” Diakiteni Belçikanın “Eypen” klubuna icarəyə verib. İcarədən sonra Diakite “Reyms”ə qayıdıb.

Cari mövsümdə Diakite “Reyms”in heyətində 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Qvineyalı futbolçu böyük futbolda heç bir qənimət qazanmayıb.

İbrahim Diakite 2022-ci ilin sentyabrında debüt etdiyi Qvineya yığmasının heyətində 8 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 20 yaşlı qvineyalı müdafiəçinin transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: