Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
2-ci turun görüşləri də iki günü əhatə edəcək. Sentyabrın 7-də iki, bir gün sonra isə dörd qarşılaşma baş tutacaq. Tura Lökbatanda start veriləcək.
İkinci Liqa
2-ci tur
7 sentyabr
“Qaradağ Lökbatan” – “Şirvan”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Ağdaş” – “Şəmkir”
Ağdaş şəhər stadionu, 16:30.
8 sentyabr
“Dinamo” – “Zəngəzur”
Binə qəsəbə stadionu, 16:00.
“Marafon” – “Difai”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Kür-Araz” – “Şəki”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Hypers” – “Ağstafa Gəncləri”
Bərdə şəhər stadionu, 16:30.


