İkinci Liqa: 3-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 3-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

3-cü turun oyunları iki günü əhatə edəcək. Qarşılaşmalar sentyabrın 13-də və 14-də keçiriləcək. İlk oyun günündə iki görüş baş tutacaq. Qalan dörd oyun isə ikinci oyun gününə təsadüf edəcək.

İkinci Liqa
3-cü tur

13 sentyabr

“Ağstafa Gəncləri” – “Dinamo”
Ağstafa şəhər stadionu, 16:00.

“Zəngəzur” – “Marafon”
Binə qəsəbə stadionu, 16:00.

14 sentyabr

“Şəki” – “Qaradağ Lökbatan”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Difai” – “Ağdaş”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Şirvan” – “Hypers”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəmkir” – “Kür-Araz”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: