Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 4-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
4-cü turun oyunları iki günü əhatə edəcək. Qarşılaşmalar sentyabrın 20-də və 21-də keçiriləcək. İlk oyun günündə iki görüş baş tutacaq. Qalan dörd oyun isə ikinci oyun gününə təsadüf edəcək.
İkinci Liqa
4-cü tur
20 sentyabr
“Şirvan” – “Şəki”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Marafon” – “Ağstafa Gəncləri”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
21 sentyabr
“Ağdaş” – “Zəngəzur”
Ağdaş şəhər stadionu, 15:30.
“Hypers” – “Dinamo”
Bərdə şəhər stadionu, 15:30.
“Kür-Araz” – “Difai”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Şəmkir”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.


