“İmişli” “Qarabağ”ın əvəzedici komandasına 5 qol vurdu

Futbol üzrə Azərbaycan Premyer Lqasında mübarizə aparan “İmişli” yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ”ın əvəzedici komandası ilə üz-üzə gəlib.

Məhsuldar alınmış qarşılaşma elita təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

“İmişli” növbəti yoxlama oyununu iyulun 24-də, Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək. Komanda daha öncə Premyer Liqanın debütantı “Şəfa” ilə də yoxlama oyununda üz-üzə gəlmiş və 2:2 hesablı heç-heçəyə razılaşmışdı.

Xatırladaq ki, bu yay baş məşqçisi Xorxe Kaskilya ilə yollarını ayırmış əyalət təmsilçisi bu posta keçmiş çalışdırıcısı Fərid Namazovu gətirib. İmişlinin eyniadlı təmsilçisi ötən mövsüm debüt etdiyi Azərbaycan Premyer Liqasında 33 oyuna topladığı 34 xalla 12 iştirakçı arasında 9-cu yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: