“İmişli” Xəqani Sadıxov və İbrahim Əliyevlə gücləndi

Azərbaycan Birinci Liqasında mübarizə aparan “İmişli” klubu heyətini 2 yeni futbolçu – Xəqani Sadıxov və İbrahim Əliyevlə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Xəqani Sadıxov “Zirə”nin əvəzedici komandasından heyətə cəlb olunub. İbrahim Əliyev isə Birinci Liqanın digər təmsilçisi “İrəvan”dan gəlib. Hər iki futbolçu ilə müqavilə bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, İmişlinin eyniadlı təmsilçisi daha öncə altı futbolçusu – İlyas Səfərli, Ziya Məmmədov, Emin Quliyev, Məzahir Əhmədov, Tonia Tisdell və Fərid Nadirovla yollarını ayırdığını açıqlamışdı.

“İmişli” Birinci Liqada 2023/2024 mövsümünün ilk dövrəsindən sonra 12 oyuna topladığı 20 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: