İnfantino yeni layihənin detallarını açıqladı

FIFA prezidenti Canni İnfantino dünya çempionatının kommersiya fəaliyyətini birləşdirəcək yeni layihənin əsas məqsədini açıqlayıb.

Arena.az xəbər verir ki, o, böyük qalmaqala səbəb olan layihənin əslində düşünüldüyü qədər zərərli olmadığını iddia edib.

İnfantinonun sözlərinə görə, yeni şirkət FIFA-ya məxsus bütün turnirlərin yayım hüquqları, sponsorluq, lisenziyalaşdırma və digər kommersiya layihələrini vahid platformada idarə edəcək.

Bunun sayəsində FIFA-nın inkişaf proqramı çərçivəsində üzv assosiasiyalara ayrılan maliyyənin artırılması planlaşdırılır.

Hazırda hər assosiasiya üçün ayrılan 8 milyon dolların 20 milyon dollara çatdırılması, əlavə olaraq isə “FIFA Fast Forward” proqramı vasitəsilə daha 20 milyon dollar əldə etmək imkanı nəzərdə tutulur.

İnfantino bildirib ki, layihə hələlik yalnız təklif mərhələsindədir və yekun qərarı FIFA-nın 211 üzv assosiasiyası verəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: