İngiltərə Kubokunda daha 5 komanda 1/8 finala yüksəldi

Bu gün futbol üzrə İngiltərə Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə altı qarşılaşma baş tutub.

“İpsviç Taun”un qonağı olan “Meydston Yunayted”, həmçinin səfərdə “Everton”la qarşılaşan “Luton Taun” sürprizə imza ataraq növbəti mərhələyə yüksəliblər.

Müvafiq olaraq Şeffild Yunayted”lə “Fulhem”in qonağı olan “Brayton” və “Nyukasl” komandaları da 1/8 finala vəsiqə qazanıblar.

“Lester Siti” isə “Birmingem Siti” ilə ev oyununda darmadağınla qalib gələrək mərhələ adlayıb.

Yalnız “Lids” – “Plimut” matçında heç-heçə qeydə alınıb. Reqlamentə əsasən, bu komandalar təkrar matçda üz-üzə gələcəklər.

İngiltərə Kubokunda 1/16 final mərhələsinə yanvarın 29-da yekun vurulacaq.

İngiltərə Kuboku
1/16 final
25 yanvar

Bornmut – Suonsi Siti 5:0

26 yanvar

Bristol Siti – Nottingem Forest 0:0
Çelsi – Aston Villa 0:0
Şeffild Uensdey – Koventri Siti 1:1
Tottenhem – Mançester Siti 0:1

27 yanvar

İpsviç Taun – Meydston Yunayted 1:2
Everton – Luton Taun 1:2
Lids – Plimut 1:1
Lester Siti – Birmingem Siti 3:0
Şeffild Yunayted – Brayton 2:5
Fulhem – Nyukasl 0:2

28 yanvar

15:45. Vest Bromviç – Vulverhempton
18:00. Uotford – Sauthempton
18:30. Liverpul – Norviç Siti
20:30. Nyuport – Mançester Yunayted

29 yanvar

23:30. Bləkbörn – Reksem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: