İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Milan təmsilçisi “Atalanta”dan Robin Qosensi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“İnter” Qosens üçün “Atalanta”ya 35 milyon avro ödəyib. Futbolçunun yeni komandasında “18” nömrəli formanı geyinəcəyi açıqlanıb.
Robin Qosens Almaniya millisinin də üzvüdür. O, 2017-ci ildən “Atalanta”nın uğurları üçün çalışırdı. Yarımmüdafiəçi Berqamo təmsilçisində bütövlükdə 157 oyuna çıxıb, 29 qola imza atıb. Qosens daha öncə Niderlandda “Vitess”, “Dordrext” və “Herakles Almelo” kimi komandalarda forma geyinib. Almaniya yığmasında 13 matça çıxan futbolçu, 2 qol da vurub.


