“İnter” Bellanovanı icarəyə götürdü, Satrianonu icarəyə verdi

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Kalyari”dən Raul Bellanovanı icarəyə götürüb.

Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Sözləşmədə icarədən sonra satın almaq hüququna dair bənd də var.

Bellanova 2021-ci ildən “Kalyari”də oynayırdı. O, ötən mövsüm İtaliya çempionatında 31 matçda 1 qol vurub və 2 qol ötürməsi verib. Sağ cinah müdafiəçisi karyerası ərzində “Bordo”, “Atalanta” və “Peskara” kimi klubların da formasını geyinib.

“İnter” öz oyunçularından Martin Satrianonu da “Empoli”yə icarə verib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Uruqvaydan olan 21 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər “Empoli”də forma geyinəcək. Gənc forvard Milan təmsilçisinin əsas komandasında cəmi 4 matça çıxıb. O, ötən mövsümü “Brest”də icarədə keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: