“İnter” bu mövsüm “Böyük beşliy”in ən qolçu komandasıdır

Fevralın 28-də İtaliya A Seriyasının 21-ci turunun təxirə salınmış oyununda “İnter” evdə “Atalanta” üzərində 4:0 hesablı qələbə qazanıb.

Arena.az məlumat verir ki, bununla Milan təmsilçisi A Seriyasının cari mövsümündə rəqib qapılarına vurduğu qolların sayını 67-yə çatdırıb.

Müvafiq nəticə cari mövsümdə böyük futbol beşliyi ölkələrinin milli birinciliklərində mübarizə aparan komandalar arasında ən yaxşı nəticədir.

Bu göstəricidə 2-ci nəticə İngiltərə Premyer Liqasının lideri “Liverpul”a məxsusdur – 63 qol. İlk üçlüyü eynən 63 qol vurmuş, Almaniya Bundesliqasında 2-ci pillədə qərarlaşmış “Bayern” qapayır.

26 turdan sonra “İnter” 69 xalla A Seriyasının yarış cədvəlinə başçılıq edir.

“Neradzurri” növbəti oyununda martın 4-də A Seriyasının 27-ci turu çərçivəsində “Cenoa”nı qonaq edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: