İsmayıl İbrahimli: “Qarabağ”a qarşı yaxşı oyun keçirdik”

“Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan bu görüş “qartallar”ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matçdan sonra qəsəbə təmsilçisinin yarımmüdafiəçisi İsmayıl İbrahimli ilə söhbətləşdik. Mövsümün əvvəlində məhz “Qarabağ”dan icarəyə götürülmüş “20 nömrə”nin Arena.az-a müsahibəsini təqdim edirik:

  • Oyun barədə fikirləriniz necədir?
  • Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib haqda bir söz deməyə ehtiyac yoxdur. Sürətli komandadırlar. Bu komandanın əks-hücumları çox təhlükəlidir. Məncə, yaxşı oyun keçirdik. Əldə etdiyimiz imkanları dəyərləndirsəydik, nəticə başqa cür ola bilərdi.
  • Ölkə kubokundakı yarımfinal oyunu barədə nə deyə bilərsiniz?
  • Hələ qarşıda “Kəpəz”lə oyun var. Kubok barədə həmin həftə düşünəcəyik.
  • “Kəpəz”lə oyun haqda nə düşünürsünüz?
  • Hər matça ciddi yanaşırıq. “Kəpəz” də son turlarda yaxşı çıxış edir. Ciddi və maraqlı oyun olacaq.

Nahid Ustaclı

Xəbəri sosial şəbəkələrdə paylaş: