İspaniya kubokunda ilk iki yarımfinalçı bəlli oldu

Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Barselona” doğma meydanda “Real Sosyedad”la qarşılaşıb. Kataloniya təmsilçisi bir qolla qalib gələrək yarımfinala vəsiqə qazanan ilk komanda olub.

Daha sonra “Osasuna” ilə “Sevilya” üz-üzə gəliblər. Üç qolun qeydə alındığı və əlavə vaxta qədər davam edən bu oyunun sonunda sevinən tərəf “Osasuna” olub.

İspaniya kubokunda 1/4 final mərhələsinin qalan iki qarşılaşması yanvarın 26-da keçiriləcək.

İspaniya kuboku
1/4 final
25 yanvar

Barselona – Real Sosyedad 1:0
Qol: Dembele, 52.

Osasuna – Sevilya 2:1
Qol: Avila, 71. Ezzalzuli, 99 – En-Nəsiri, 90+4.

26 yanvar

23:00. Valensiya – Atletik
00:00. Real – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: