Futbol üzrə İspaniya millisi dünya çempionatlarını qazanmış komandalar arasında müdafiə göstəricisi ilə bağlı yeni rekord müəyyənləşdirib.
Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikada təşkil edilmiş dünya DÇ-2026-nın qalib olan ispanlar turniri cəmi 1 buraxılmış qolla başa vurublar.
Bu, dünya çempionatının qalibləri arasında ən yaxşı nəticədir.
İspaniya millisi bu turnirdə yeganə qolu Belçika ilə 1/4 final mərhələsi çərçivəsində keçirilmiş oyunda buraxıb. Həmin qarşılaşmada ispanlar 2:1 hesabı ilə qalib gəliblər.
Bundan əvvəl rekord Fransa (1998), İtaliya (2006) və yenə İspaniya (2010) yığmalarına məxsus idi. Həmin komandalar dünya çempionu olduqları turnirlərdə cəmi 2 qol buraxmışdılar.
Qeyd edək ki, İspaniya DÇ-2026-nın finalında Argentina yığması üzərində qələbə qazanaraq ikinci dəfə mundialın qalibi olub.


