İspaniya polisi Tçuameniyə qarşı irqi təhqirlə bağlı təhqiqata başladı

İspaniyanın hüquq-mühafizə orqanları son vaxtlar ölkə futbolunda baş alıb gedən irqçilik mənzərəsində yeni irqçilik qalmaqalını araşdırır.

Arena.az “Sky Sport” dərgisinə istinadən məlumat verir ki, söhbət “Malyorka” azarkeşinin, yerli komandanın “Real”a qarşı ev oyunu zamanı “qaymaqlılar”ın fransalı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameniyə qarşı irqi təhqirlərindən gedir.

Daha əvvəl, “Malyoka” bu məqamı təsdiqləyib. Azarkeşin davranışında meymunun hərəkətini təqlid yer alıb ki, bunun da xoş niyyətdən edilmədiyi aydındır. Polis bu məqamla bağlı araşdırmasına başlayıb.

Öz növbəsində “Malyorka” üzrxahlıqla çıxış edərək, müvafiq əməlləri pisləyib. Klub bunu etmiiş azarkeşin müəyyən edilərək qanun qarşısında çarmıxa çəkilməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığa açıq olduğunu bəyan edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: