İspaniya prokurorluğu Dani Alvesə 9 il həbs cəzası istəyir

İspaniya prokurorluğu Braziliya millisinin zorlamada təqsirləndirilən keçmiş futbolçusu Dani Alvesə 9 il müddətinə həbs cəzası istəyir.

Arena.az bu barədə “Cadena SER” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, İspaniya prokurorluğu zərərçəkənə görə braziliyalı futbolçudan 150 min avro təzminat da tələb edirlər.
Xatırladaq ki, Dani Alves 6 aydan çoxdur ki, Kataloniya həbsxanasında saxlanılır. Dani Alves cari ilin yanvar ayında Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlamaqda ittiham edilir.

Daha əvvəl Barselona məhkəməsinin Dani Alvesin işi üzrə istintaqı yekunlaşdırdığı və məhkəmə prosesinin tezliklə başlamalı olduğu, bundan sonra məhkəmənin braziliyalı oyunçuya qarşı qərar verəcəyi barədə məlumatlar yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: