Futbol üzrə İspaniya Super Kuboku 2026-cı il yanvarın 7-dən 11-nə qədər növbəti dəfə Səudiyyə Ərəbistanında keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.
Turnirdə “Barselona”, “Real”, “Atletik” və “Atletiko” iştirak edəcək.
Qeyd edək ki, İspaniya Super Kuboku 2025-ci ildə də bu ölkədə baş tutmuş və “Barselona” qalib olmuşdu.


