İspaniya yığmasının baş məşqçisi də qalmaqala səbəb oldu – Foto

Qadınlar arasında dünya çempionatı zamanı İspaniya yığmasının baş məşqçisi Xorxe Vildanın xoşagəlməz hərəkət etdiyi ortaya çıxıb.

Arena.az xəbər verir ki, bu məqam İspaniya televiziyasının efirində yayımlanıb.

Mundialın oyunlarından birində Xorxe Vilda məşqçilər qərargahından olan həmkarının döşünə toxunaraq qamarlayıb. Vildanın əlinin köməkçinin sinəsində olduğunu göstərən kadr sosial şəbəkələrdə böyük əks-sədaya səbəb olub.

Xatırladaq ki, bir müddət əvvəl İspaniya Futbol Federasiyasının (RFEF) rəhbəri Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra seksist qalmaqalla üzləşmişdi. Rubiales futbolçu Cenni Ermosonun başını tutub və dodaqlarından ehtirasla öpmüşdü. Sosial şəbəkələrdə bu məqamı şərh edən Ermoso Rubialesin etdiklərini bəyənmədiyini vurğulayıb. Hadisə futbol ictimaiyyətində tənqidlərlə müşayiət edilən qızğın müzakirələrə səbəb olub. Hətta İspaniyanın baş naziri Pedro Sançes Rubialesin bu haqda üzrxahlıq etməsindən çox, müvafiq davranışına açıqlama verməli olduğunu vurğulamışdı. Rubialesin özü “bu, iki dostun qələbəni qeyd etdiyi an idi”, deyərək sudan quru çıxdığı mövqeyini ortaya qoymuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: