İsrail çempionatında qalib son turda müəyyənləşdi

Futbol üzrə İsrail çempionatında 2020/21 mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, çempionun da adına son turda aydınlıq gəlib.

“Makkabi” (Hayfa) son turda Beer-Şeva “Hapoel”inə 3:2 hesabıyla qalib gələrək İsrail çempionu olub. 36 oyuna 79 xal toplayan “Makkabi” rəqibləri üçün əlçatmaza çevrilib. Bu komanda ən yaxın izləyicisi Təl-Əviv “Makkabi”sini 4 xal qabaqlayıb. 54 xal toplamış “Aşdod” isə bürünc medallara sahib çıxıb.

“Makkabi” klub tarixində 13-cü dəfə İsrail çempionu olub. Hayfalılar yalnız Təl-Əvivi təmsil edən “Makkabi” (23 çempionluq) və “Hapoel”dən (14 çempionluq) geri qalırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: