İsveç yığmasının Bakıya gələcək heyəti açıqlandı

İsveç yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Estoniya millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Yon Dal Tomasson C Liqasının 1-ci qrupu çərçivəsində baş tutacaq ilk iki oyun üçün yığmaya 24 futbolçu dəvət edib. O, milliyə 3 qapıçı, 8 müdafiəçi çağırıb. Qalan oyunçular isə yarımmüdafiə və hücum xəttində çıxış edənlərdir.

Qapıçılar: Viktor Yohansson, Kristoffer Nordfeldt, Yakob Videll Setterström;

Müdafiəçilər: Lüdviq Auqustinsson, Aleks Duqlas, Qabriel Qudmundsson, İsak Hin, Emil Kraft, Ken Sema, Karl Starfelt, Linus Valkvist;

Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lukas Berqvall, Yens Kayuste, Antoni Elanqa, Niklas Eliasson, Viktor Dyokereş, Aleksander İsak, Deyan Kuluşevski, Huqo Larsson, Sebastyan Nanasi, Qustaf Nilsson, Anton Saletros, Mattias Svanberq.

Qeyd edək ki, İsveç yığması yeni mövsümə sentyabrın 5-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi oyunla start verəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq Azərbaycan – İsveç qarşılaşmasına saat 20:00-da start veriləcək. Millimizin rəqibini sentyabrın 8-də də Solnada Estoniya komandasına qarşı oyun gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaş: