İsveç yığmasının Bakıya gələcək heyəti açıqlandı

İsveç yığmasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Estoniya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

İsveç yığmasının baş məşqçisi Yanne Andersson 25 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçidirsə, digər 14 nəfər yarımmüdafiə və hücum xəttində çıxış edir.

Xatırladaq ki, İsveç millisi noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan yığmasının qonağı olacaq. İsveçlilər bundan üç gün sonra Solnada Estoniya yığmasını qəbul edəcəklər.

Qapıçılar
Viktor Yohansson (“Roterem Yunyted”, İngiltərə)
Kristoffer Nordfeldt (AİK)
Robin Olsen (“Aston Villa”, İngiltərə)

Müdafiəçilər
Lüdviq Auqustinsson (“Anderlext”, Belçika)
Filip Helander (“Odense”)
Emil Holm (“Atalanta”, İtaliya)
Emil Kraft (“Nyukasl”, İngiltərə)
Viktor Lindelöf (“Mançester Yunayted”, İngiltərə)
Ken Sema (“Uotford”, İngiltərə)
Karl Starfelt (“Selta”, İspaniya)
Linus Eqnell (“Poqon”, Polşa)

Yarımmüdafiəçilər və hücumçular
Yens Kayuste (“Napoli”, İtaliya)
Viktor Klaesson (“Kopenhagen”, Danimarka)
Albin Ekdal (“Spetsiya”, İtaliya)
Antoni Elanqa (“Nottingem Forest”, İngiltərə)
Emil Forsberq (“Leypsiq”, Almaniya)
Samuel Qustafson (“Hakken”)
Viktor Qyökeres (“Sportinq”, Portuqaliya)
Yesper Karlsson (“Bolonya”, İtaliya)
Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə)
Hüqo Larsson (“Ayntraxt”, Almaniya)
Kristoffer Olsson (“Midtyulland”, Danimarka)
Robin Kayson (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı)
Markus Roden (“Fatih Karagümrük”, Türkiyə)
Mattias Svanberq (“Volfsburq”, Almaniya)

Xəbəri sosial şəbəkələrdə paylaş: