İvan Yuriç “Sauthempton”dan qovuldu

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Sauthempton”un baş məşqçisi İvan Yuriç istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın Premyer Liqada qalmaq şansını itirməsi səbəb olub. Ötən gün “Tottenhem”ə uduzmaqla (1:3) Çempionşipə düşəcəyi dəqiqləşən “Sauthempton” 31 turdan sonra 10 xalla 20-ci pillədə qərarlaşıb. Komanda cəmi 2 qələbə qazanıb, 4 heç-heçə edib və 25 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, xorvatiyalı mütəxəssis ötən ilin dekabr ayında bu posta təyin olunmuşdu. Yuriç bu komandanı bütövlükdə 16 oyuna çıxarıb. “Sauthempton” bu görüşlərdə cəmi 2 qələbə qazanıb, 1 heç-heçə edib və 13 məğlubiyyətə üzülüb.

İvan Yuriç “Sauthempton”dan öncə “Roma”, “Torino”, “Verona”, “Cenoa”, “Krotone” və “Mantova” kimi komandalara da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: