Kataloniya nəhəngi “Barselona”nın prezidenti Joan Laporta bu gün, yanvarın 17-də komandasına baş çəkib və görüş keçirib.
Arena.az bu barədə “Barselona”nın rəsmi saytına istinadən məlumat verir:
“Joan Laporta komandanın keyfiyyətini və istedadını vurğulayaraq, bu vəziyyəti düzəltmək üçün gərək olan hər şeyə sahib olduqlarını söyləyib. Prezident Xavinin mətbuat konfransında etdiyi kimi, onlara xatırladıb ki, ən vacib üç kubok hələ qarşıdadır: La Liqa, Kral Kuboku və Çempionlar Liqası. “Barsa” himninin dediyi kimi, “birlikdə daha güclüyük” və mövsümün ən böyük hədəflərinə hələ də nail olmaq olar.
Xavi, Laportanı səfəri müqabilində xüsusilə qeyd edərək deyib: “O, hamıdan nikbin insandır. O, ehtiraslı və həvəslidir. O, bizə ümid ismarışı və futbolçulara və heyətə olan inamını çatdırdı”, – klubun məlumatında deyilir.
Xatırladaq ki, İspaniya Super Kubokunun finalında “Real” “Barselona”nı 4:1 hesabı ilə məğlub edib.


