Joan Laporta: “İşlərimiz planımız üzrə getmir”

“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun cari mövsümdə düşdüyü çətin vəziyyətə dair açıqlama verib.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Laporta komandanın baş məşqçisi Xavinin cari mövsümün sonunda vəzifəsini tərk edəcəyi haqda qərarını açıqlamasından sonra, “Barselona”nın vəziyətti haqda fikrini bildirib:

“Heç kimin xoşuna gəlməyən bu vəziyyətdən çıxmaq istəyirik. Bu, birlik tələb edir və komanda olaraq ondan çıxmalıyıq. Klub institusional, iqtisadi və sosial baxışlarda idarə edilir. İdman məfhumuna gəlincə, hər şey planlaşdırdığımız kimi getmir. Bir müddət əvvəl La Liqa və İspaniya Super Kubokunu qazanmışdıq. Yenilənmiş heyətimizi nəzərə alsaq, daha çox şey gözləyirdik, amma gözləntilərimiz doğrulanmadı. Biz bu vəziyyəti kökündən dəyişməliyik”, deyə Joan Laporta məsuliyyətlə izah edib.

Xatırladaq ki, İspaniya La Liqasının 21-ci turundan sonra “Barselona” 44 xalla 4-cü pillədə qərarlaşıb. La Liqaya 22 oyundan 55 xalla “Jirona” müvəqqəti başçılıq edir. 21 oyundan 54 xal toplamış “Real” potensial lider statusunda 2-ci pillədə qərarlaşıb.

Yanvarın 14-də “Barselona” İspaniya Super Kubokunun finalında “Real”a 1:4 hesabı ilə uduzub.

Yanvarın 24-də isə Bilbao “Atletik”i “blauqrana” üzərində 4:2 hesablı qələbə qazanaraq, “Barselona”nı yarışdan kənarlaşdırıb.

İndi, cari mövsümdə “Barselona” Çempionlar Liqasında mübarizəsini davam etdirməyə köklənib və hətta çempionluğa iddialıdır. Yarışın 1/8 finalında Kataloniya nəhəngi İtaliya A Seriyasının cari çempionu “Napoli” ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: