Joao Miranda futbolçu karyerasını başa vurdu

Futbol üzrə Braziliya milli komandasının sabiq müdafiəçisi Joao Miranda peşəkar karyerasını başa vurub. Arena.az xəbər verir ki, bu barədə 38 yaşlı mərkəz müdafiəçisi sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Vaxt gəlib çatdı. Mənə dəstək olan hər kəsə xüsusi təşəkkür edirəm. Çox sağ, futbol!”

Joao Miranda peşəkar karyerasına “Koritiba”da başlayıb. O, sonralar Fransada “Soşo”nun, İspaniyada Madrid “Atletiko”sunun, İtaliyada “İnter”in, Çində “Jianqsu Suninq”in, Braziliyada “San Paulo”nun da formasını geyinib. “San Paulo”nun heyətində üçqat Braziliya çempionu olan Miranda Madrid “Atletiko”su ilə İspaniya La Liqasını, İspaniya Kubokunu və Super Kubokunu, Avropa Liqasını və UEFA Super Kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının finalında oynayıb. Veteran futbolçu yığma komanda ilə Amerika Kubokunda da qələbə sevinci yaşayıb. O, millinin heyətində 58 oyuna çıxıb, 3 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: