Joze Mourinyo “Napoli”nin prezidenti ilə görüşəcək

Qarşıdakı həftə ərzində portuqal mütəxəssis Joze Mourinyo ilə “Napoli”nin prezidenti Aurelio De Laurentis arasında görüş gözlənilir.

Arena.az bu barədə “The Sunday Times” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 60 yaşlı mütəxəssis Neapol klubunun prezidenti ilə görüşündə “Napoli”nin baş məşqçisi vəzifəsinə mümkün təyinatını müzakirə edəcək.

Mourinyo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əş-Şəbab”ın ona olan marağına rəğmən, Avropanı tərk etmək niyyətində deyil. “Mour”un yaxın günlərdə İtaliya çempionatının bir neçə oyununa qatılacağı vurğulanır ki, bu da portuqal mütəxəssisin A Seriyasında fəaliyyətini davam etdirmək istəyini ictimaiyyət qarşısında nümayiş etdirmək məqsədi daşıyır.

Xatırladaq ki, daha əvvəl mətbuatda, Joze Mourinyonun agenti Jorje Mendeşin artıq “Napoli” ilə danışıqlar prosesinə başladığı haqda məlumat yayılmışdı.

Joze Mourinyo yanvarın 16-da “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilib. “Canavarlar”ın sükanı arxasında “Mour”u “Roma”nın əfsanəsi Daniele De Rossi əvəzləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: