Joze Mourinyo: “Onları sevirəm, çox vəfalı futbolçulardır”

Portuqal mütəxəssis Joze Mourinyo afrikalı futbolçulara münasibətindən danışıb və onları yüksək qiymətləndirdiyini vurğulayıb.

Arena.az bu barədə məşhur jurnalist Fabrisio Romanoya istinadən məlumat verir.

“Mour” bildirib ki, Afrikaya səfəri özünə rəva görə bilməz, çünki ona orada sadəcə keçib-getməyə imkan verməzlər:

“Mən Afrikaya gedə bilmərəm! Bu, mənim üçün həddindən artıqdır. Mən bir çox afrikalı futbolçularla işləmişəm, Droqba, Mikel, Kalu, Essyen və başqaları ilə… Mən hər dəfə Afrikada olanda, mənə keçib-getməyə imkan vermirlər. Orada məni çox sevirlər! Hətta afrikalı oğlanların çox olduğu Avropada belə, insanlar mənə çox yaxşı münasibət bəsləyirlər. Düzünü desəm, mən bu oğlanları sevirəm və düşünürəm ki, afrikalı oyunçu çox sadiqdir”, deyə “Mour” bildirib.

Xatırladaq ki, yanvarın 16-da Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Hazırda portuqal mütəxəssis işsizdir.

Joze Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: